Cume axsami, 24.05.16, 17.33.01
Приветствую Вас Dost | Регистрация | Вход

Sahil Qesebesi

Super Forum @Vuqar.tv instagramda

[ Обновленные темы · Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Super Forum @Vuqar.tv instagramda » Ümumi bölmə » Din » Axirət gününə niyə inanırıq? (Axirət gününə niyə inanırıq?)
Axirət gününə niyə inanırıq?
2miz1likdeVaxt: Bazar, 10.01.31, 16.01.39 | Mesajе # 1
Quruplar: Удаленные





Öldükdən sonra dirilib hesab verməyə inanmaq imanın bir şərtidir. Axirətə inanmayan kimsə müsəlman ola bilməz. Gecədən sonra səhərin, qışdan sonra baharın gəlməsi nə qədər mütləqdirsə, öldükdən sonra diriliş də o qədər mütləqdir. Hər şey axirətin varlığını gərəkli edir. Allahın varlığını qəbul edib axirəti inkar etmək, Günəşi qəbul edib işığını inkar etmək qədər ağılsızlıqdır. Çünki Allah insanları təkrar dirildib hesaba çəkəcəyinə söz vermişdir. Bunu göndərdiyi bütün peyğəmbərlər və müqəddəs kitablar vasitəsilə bildirmişdir. Allahın sözündən dönməsi mümkündür mü?

Allah hikmət sahibidir. Hər şeyi zamanında və yerində edər. Boş və anlamı olmayan bir iş görməsi düşünülə bilməz. Bu boyda kainatı və mükəmməl insanı yaradıb, sonunda da onları büs-bütün yox etməsi çox mənasız olardı.
Ölüm bizim üçün ikinci bir doğuşdur. Allah anamızın bətnində-qaranlıq bir dünyada bizi doqquz ay bəsləyib inkişaf etdirdi. Dünyada yaşamağımız üçün hər cur əzalarla – baş, əl, ayaq, orqanlarla və s. təmin etdi. Ondan sonra da doğumla bizi dünyaya göndərdi. Ölümlə ikinci dəfə bir də doğulacağıq. Ana bətnindən dünyaya göndərən Allah, dünyadan da Axirətə göndərəcək.
Dünya deyilən məmləkətin sahibi də Allahdır. Allah sonsuz ədalət sahibidir. Yaxşı və sevilən qullarını mükafatsız, pisləri də cəzasız qoymayacaqdır. Onsuz da bu dünyada ədalət tam olaraq görünmür. Zalım və məzlum, əzən və əzilən eyni torpağın altına basdırılır. Deməli, haqq-hesaba böyük bir məhkəmədə baxılacaqdır.
İnsanın iki cür yaradılışı vardır. Birincisi, dünyaya gələrkən yaradılışıdır. İkincisi isə Axirətdəki yaradılışıdır. Əslində ikinci yaradılışımız birincisinə görə daha asandır. Çünki birincisində bütün orqan, sistem və duyğularımız tək bir hüceyrədən yaradılır. İkincisində isə dağılan vücudun atom və hüceyrələri toplanılır. Bir şeyi yoxdan var etmək, yoxsa dağılan bir şeyi toplamaq daha asandır? Bizi yoxdan var edib dünyaya göndərən Allah ikinci dəfə də yaradacaqdır.
Axirətə inanmağın saysız faydaları vardır. Hər şeydən əvvəl insan üçün böyük təsəlli qaynağıdır.
Doğulan körpə anasının bətnindən daha gözəl bir dünyaya gəldiyini bilsəydi heç ağlayardımı? Eləcə Axirətə inanan insan da ölümü sonsuz bir dünyaya doğulmaq kimi görər və ölümdən qorxmaz.Axirətə inanmaq fərd üçün dəyərli olduğu kimi cəmiyyət üçün də dinclik və rahatlıq qaynağıdır. Axirətdə hesab verəcəyinə inanan bir kəs heç vaxt şər əməl sahibi olmaq istəməz. Zülm eməkdən və haqsız olmaqdan özünü saxlayar. Davranışlarına diqqət edər. Bacardığı qədər yaxşılıqlar, xeyir əməllər etməyə çalışar. Çünki nə qədər çox başqalarına faydalı olarsa Axirətdə o qədər çox xoşbəxt olacağını düşünür. Beləcə həm özü, həm də yaşadığı cəmiyyət rahat və sakit yaşayır.İnsan bu dünyada hər istədiyini əldə edə bilməz. Axirətə inanan insan Cənnətdə bunlara qovuşa biləcəyinə əmin olar. Təsəlli və rahatlıq tapar. Xeyirli və saleh bir insan olmağa çalışar. Başqalarının mənsub olduqları üstünlükləri qisqanmaz. Ruhi və psixi depresiyaya düçar olmaz.
Axirətə inanan insanlara xas olan iki xüsusiyyət vardır:
1. Bolluqda verdiyi nemətlərə görə Allaha şükr etmək.
2. Sıxıntı və darlıqda isə səbr etmək və Rəbbinə üsyan etməmək.

Hörmətli userlər bu mövzu barədə sizin fikirlərinizi bilmək istərdim.

 
Super Forum @Vuqar.tv instagramda » Ümumi bölmə » Din » Axirət gününə niyə inanırıq? (Axirət gününə niyə inanırıq?)
  • Страница 1 из 1
  • 1
Поиск:

RSS

Поиск

Наш опрос


Darixirsanmi?
Butun Sesler: 3

Мини-чат

 
300

Друзья сайта

Статистика