Cume axsami, 24.05.16, 05.08.19
Приветствую Вас Dost | Регистрация | Вход

Sahil Qesebesi

Super Forum @Vuqar.tv instagramda

[ Обновленные темы · Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Super Forum @Vuqar.tv instagramda » Ümumi bölmə » Din » Hz. Muhammedin (s.a.v.) bizlərə tövsiyyələri (Hz. Muhammedin (s.a.v.) bizlərə tövsiyyələri)
Hz. Muhammedin (s.a.v.) bizlərə tövsiyyələri
2miz1likdeVaxt: Bazar, 10.01.31, 15.59.12 | Mesajе # 1
Quruplar: Удаленные





Peyğəmbərimizin öyrətdiyi davranış ədəbləri
Danışarkən
Danışmaq üçün ağzımızı açdıqda faydalı şeylər söyləyəcəyik və ya susacağıq.
Amma əsla kimsəyə həqarət və lənət etməyəcəyik, kimsəni incitməyəcəyik, kimsənin təqlidini etməyəcəyik.
Yenə deyək ki, bir yerdə 3 nəfər otururuq. 3-cü yoldaşı kənarlaşdıraraq öz aramızda danışmayacağıq. Belə etsək onun alınacağını, pərt olacağını düşünəcəyik.
Insanlarla gülər üzlə, şirin sözlə görüşüb danışacağıq. Cana yaxın, yaxşı davranışlı olacağıq. Insanlara təbəssüm etməyin başlı başına bir savab olduğunu biləcəyik.

Alış- veriş edərkən
Bir şey alarkən, satarkən, borcumuzu ödəyərkən anlayışlı olacağıq. Borclu olduğumuz kimsə uyğun olmayan bir tərzdə alacağını istəsə belə ona anlayış göstərəcəyik.
Peyğəmbərimizin(s.a.s) danışdığı bu qissəni ibrətlə xatırlayacağıq
Vaxtilə adamın biri öldükdə mələklər ona “heç yaxşılıq etdinmi?” deyə soruşdular. “Xeyr etmədim “ dedi. “Hələ bir az düşün” dedilər . Adam düşündü , “Bəli” dedi. “istəyənə borc verirdim. Adamlarıma da , çətin vəziyyətdə olanlara asanlıq göstərmələrini, varlılarla təvazökar davranmalarını söyləyirdim” . bunun üzərinə Allah təala mələklərə onu əfv etmələrini əmr etdi.

Düşməncəsinə duyğular
Bir qardaşımızdan incisək belə, üç gündən artıq küsülü qalmayacağıq. Hələ yolda qarşılaşdıqda birimiz bir yana digərlərimiz başqa yana başımızı çevirməyəcəyik. əvvəlcə salam verənin ən xeyirlimiz oladuğunu biləcəyik.
Bazar ertəsi və cümə axşamı günləri etdiyimiz işlərin Allah-Təalaya ərz edildiyini , Allahdan başqasını Tanrı yerinə qoymayan hər kəsin o gün bağışlandığını, yalnlz din qardaşıyla aralarında düşmənçilik olanların “ Bir birləriylə barışıncaya qədər onları bir yana tərk edin!” deyərək bağışlanmayacağını heç vaxt unutmayacağıq. Müsəlmana düşmənçilik bəsləməyəcəyik

 
Super Forum @Vuqar.tv instagramda » Ümumi bölmə » Din » Hz. Muhammedin (s.a.v.) bizlərə tövsiyyələri (Hz. Muhammedin (s.a.v.) bizlərə tövsiyyələri)
  • Страница 1 из 1
  • 1
Поиск:

RSS

Поиск

Наш опрос


Darixirsanmi?
Butun Sesler: 3

Мини-чат

 
300

Друзья сайта

Статистика