Cume axsami, 24.05.16, 19.08.49
Приветствую Вас Dost | Регистрация | Вход

Sahil Qesebesi

Super Forum @Vuqar.tv instagramda

[ Обновленные темы · Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Super Forum @Vuqar.tv instagramda » Ümumi bölmə » Din » Peyğəmbər (s) əxlaqı bizə bir örnəkdir... (Peyğəmbər (s) əxlaqı bizə bir örnəkdir...)
Peyğəmbər (s) əxlaqı bizə bir örnəkdir...
2miz1likdeVaxt: Bazar, 10.01.31, 15.53.06 | Mesajе # 1
Quruplar: Удаленные





Sizin hec belə bir dostunuz oldumu?

Daim düşüncəli idi.
Susmağı danışmağından uzun çəkərdi.
Lazımsız yerə danışmazdı.
Danışarkən nə həddindən artıq, nə də əskik söz işlədərdi.
Dünya işləri üçün heç özündən çıxmazdı.
Öz mənafeyi üçün əsla hirslənməz və qisas almazdı.
Pis söz söyləməzdi.
Bağışlamaqda səmimi idi, intiqam almazdı.
Düşmənlərini sadəcə bağışlamqla kifayətlənməz, onlara şərəf və dəyər də verərdi.

Özünü 3 şeydən məhrum etmişdi:

1. Kimsə ilə münaqişə etməzdi.
2. Çox danışmazdı.
3. Boş şeylərlə məşğul olmazdı.

Ümid edəni ümidsizliyə salmazdı.
Heç kimi nə özünə qarşı, nə də arxasınca qınamaz qüsurlarını deməzdi.
Xoşuna gəlməyən bir şey haqqında susardı.
Heç kimin qüsurunu araşdırmazdı.
Heç kimsə haqqında xeyirli olmayan söz söyləməzdi.
Yanında ən son danışanı birinci danışan kimi diqqətlə dinləyərdi.
Həmişə ciddi və təmkinli idi.
Danışarkən ətrafındakıların diqqətini cəlb edərdi.
Sözləri parıldayan inci dənələri kimi xoş və aydın idi.
Yeriyərkən ayaqlarını yerdən nizamla qaldırar, sağa-sola yellənməzdi.
Addımlarını geniş atar, yüksək bir yerdən enirmiş kimi önə doğru əyilərdi.
Təmkin və rahat yeriyərdi.
Qapısına gəlib kömək istəyəni boş qaytarmazdı.
Dostlarına belə deyərdi: “Dünyada qərib yolçu kimi ol!”
Hər zaman hüzünlü, lakin təbəssümlü bir halda dayanardı.
Adət üzrə işlədilən heç bir pis sözü dilinə gətirməzdi.
Sıxıntılı anlarında kobudlaşmaz, qışqırmazdı.
Kasıblarla birlikdə yeyərdi və onlardan ayrı oturmazdı.
Sadə paltar geyinər özünü göstərməkdən xoşu gəlməzdi.
Danışarkən üzünü başqa tərəfə çevirməzdi.
Olduğu məclisdə xüsusi bir yer seçməzdi.
Səhərlər evindən çıxarkən belə deyərdi:

- Allahım, doğru yoldan çıxmaqdan və çıxardılmaqdan, aldanmaqdan və aldadılmaqdan, haqsızlıq etməkdən və haqsızlığa uğramaqdan, hörmətsizlik etməkdən və hörmətsizlik görməkdən Sənə sığınıram!

Bu, o idi – Allahdan başqa yer əhlindən heç kimi özünə dost tutmayan… Allahın qulu və rəsulu Muhamməd (səllallahu aleyhi və səlləm)!

Peyğəmbərimiz (s) əxlaqı bizim hər birimiz üçün bir örnəkdir. Buyurun... Mövzuyla bağlı fikirlərinizi bölüşün... Onun kimi olmaq və ya onun kimi dosta sahib olmaq istərdinizmi? Düşünürəm deyəcəksiniz.... Əlbəttə, kim istəməz ki?!

 
Super Forum @Vuqar.tv instagramda » Ümumi bölmə » Din » Peyğəmbər (s) əxlaqı bizə bir örnəkdir... (Peyğəmbər (s) əxlaqı bizə bir örnəkdir...)
  • Страница 1 из 1
  • 1
Поиск:

RSS

Поиск

Наш опрос


Darixirsanmi?
Butun Sesler: 3

Мини-чат

 
300

Друзья сайта

Статистика