Cume axsami, 24.05.16, 17.34.34
Приветствую Вас Dost | Регистрация | Вход

Sahil Qesebesi

Super Forum @Vuqar.tv instagramda

[ Обновленные темы · Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Super Forum @Vuqar.tv instagramda » Ümumi bölmə » Din » Qedir Xum (Qedir Xum)
Qedir Xum
2miz1likdeVaxt: Bazar, 10.01.31, 15.50.26 | Mesajе # 1
Quruplar: Удаленные





Bağışlayan və mehriban Allahın adı ilə.
Allahın Yer üzərindəki sonuncu hüccəti Muhəmmədə(s) sonuncu Həcc ziyarətindən qayıdarkən Məkkə ilə Mədinə şəhərlərinin arasında yerləşən “Qədir-Xum” adlı bir yerdə vəhy gəlir. Vəhyə əsasən Rəsulallah(s) insanlara dayanmağı əmr edir və Allahdan gələn əmri onlara çatdırır. İndi sizlərlə bu əlamətdar hadisə zamanı Peyğəmbər(s)-ın söylədiyi xütbədən mühüm bir mətləbi nəzərdən keçirək.

Özümün Allaha bəndə olduğuma iqrar edir və Onun pərvərdigarlığına şəhadət verirəm. Onun mənə vəhy etdiyini yerinə yetirirəm. Çünki, əgər onu yerinə yetirməsəm, Onun tərəfindən mənə elə bir əzabın nazil olmasından qorxuram ki, heç kəs böyük bir tədbir töksə də və o şəxsin məhəbbəti xalis olsa da belə o əzabın qarşısını ala bilməz. Ondan başqa heç bir məbud yoxdur. Çünki, Allah mənə göstəriş vermişdir ki, əgər Əlinin haqqında mənə nazil olanı (fərmanı) sizə çatdırmasam, Onun fərmanını çatdırmamışam. Həmçinin O, məni xalqın şərrindən qorumağa zamin olubdur və Allah kifayətedici və kərimdir.
Allah-taala belə vəhy etmişdir:
“Ey peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.”.(Maidə/67)
Ey camaat! Mən Allahın mənə nazil etdiyi (göstərişi) sizə çatdırmaqda səhlənkarlıq etməmişəm və mən bu ayənin nazil olmasının səbəbini sizin üçün bəyan edirəm:
Cəbrayıl(ə) üç dəfə mənə nazil olaraq, Pərvərdigarım tərəfindən məni bu məkanda toplantı qurmağa və hər bir ağ və qara dərili insana Əli ibni Əbi Talibin mənim qardaşım ümmətim üçün mənim canişinim və məndən sonra rəhbər (imam) olduğunu elan etməyə məmur etdi. Əlinin mənə olan nisbəti Harunun Musa üçün olan nisbəti kimidir. Bir fərqlə ki, məndən sonra bir peyğəmbər məbus olmayacaqdır. O, Allah və Onun peyğəmbərindən sonra sizin ixtiyar sahibinizdir.Allah-taala bu barədə öz kitabında mənə belə bir ayə nazil etmişdir:
“Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər-namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi Əli əleyhis-salam və onun rüku halında üzük bağışlamasıdır).” (Maidə/55)
Əli ibni Əbi Talib namaz qılıb, rüku halında zəkat vermiş və hər bir halda Allahı yad edir.
Ey cammat! Mən cəbrayıldan xahiş etdim ki, Allahdan məni bu mühüm sözü xalqa çatdırmaqda üzürlü hesab etsinini istəsin. Çünki təqvalıların sayının azlığından, münafiqlərin çoxluğundan, irad tutanların fəsada bais olmasından və İslam (dinini) ələ salanların hiyləsindən xəbərdaram. Allah-taala onları Öz kitabında belə vəsf edir ki:
Onlar dildə qəlblərində olmayanları deyir və bu işi kiçik sayırlar. Bir halda ki, bu iş Allah-taala yanında çox böyükdür. Münafiqlər məni dəfələrlə inciltdikləri üçün bu işdən boyun qaçırırdım. Allah-taala Onun (Əlinin) əksər vaxtlar mənimlə birgə olub, mənə qarşı meyilli olduğu və mənim etimadımı kəsb etdiyi üçün bu barədə (bu ayələri) nazil etdi:
“Onların bəziləri Peyğəmbəri incidir və “o (başdan-başa) qulaqdır (hər bir kəsin sözünü qəbul edir)!” deyirlər. De: “O, sizin üçün yaxşı bir qulaqdır, (bütün danışıqlarında) Allahı təsdiqləyir, möminlərə etimad göstərir və sizdən iman gətirənlər üçün bir rəhmətdir”, Allahın Peyğəmbərini incidən kəslər üçün ağrılı bir əzab olacaqdır.” (Tövbə/61)
Əgər mənə bu (hörmətsizliyi edənlərin) adlarını çəkmək, onları tanıtdırmaq və (özlərinə xas) əlamətlərlə onlara işarə etmək istəsəm, bunu yerinə yetirməyə qadirəm. Lakin and olsun Allaha ki, mən onların bu hörmətsizliyi qarşısında alicənablıqla rəftar etmişəm. Bütün (bu ərz etdiyim sözlərdən) sonra mənə Əlinin haqqında nazil olmuş (göstərişi) çatdırmayınca, Allah-taala məndən razı qalmaz.
Daha sonra Həzrət Peyğəmbər(s) bu ayəni oxudu:
“Ey peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.”.(Maidə/67)

 
Super Forum @Vuqar.tv instagramda » Ümumi bölmə » Din » Qedir Xum (Qedir Xum)
  • Страница 1 из 1
  • 1
Поиск:

RSS

Поиск

Наш опрос


Darixirsanmi?
Butun Sesler: 3

Мини-чат

 
300

Друзья сайта

Статистика