Cume axsami, 24.05.16, 01.35.03
Приветствую Вас Dost | Регистрация | Вход

Sahil Qesebesi

Super Forum @Vuqar.tv instagramda

[ Обновленные темы · Новые сообщения · Участники · Правила форума · Поиск · RSS ]
  • Страница 1 из 1
  • 1
Super Forum @Vuqar.tv instagramda » Ümumi bölmə » Din » Allahım Səni çox sevirəm (Allahım Səni çox sevirəm)
Allahım Səni çox sevirəm
2miz1likdeVaxt: Bazar, 10.01.31, 15.41.07 | Mesajе # 1
Quruplar: Удаленные





Dedim: Çox tənhayam.

Dedin: Mən ki sənə çox yaxınam. (Bəqərə,186)

Dedim: Bəli bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam, kaş ki mən də SƏNƏ yaxın ola bilsə idim.

Dedin: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. (Əraf, 205)

Dedim: Bu da SƏNİN köməyini istəyər.

Dedin: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? (Nur, 22)

Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm.

Dedin: ِ(Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! (Hud, 90)

Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim?

Dedin: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! (Tövbə, 104)

Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.

Dedin: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (ALLAHDANDIR)! Ondan başqa heç bir tanrı yoxdur. (Ğafir, 3)

Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?!

Dedin: ALLAH bütün günahları bağışlayandır. (Zumər, 53)

Dedim: Yəni yenə gəlsəm, yenə məni bağışlayarsanmı?

Dedin: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? (Ali-İmran, 135)

Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim-içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm.

Dedin: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir.

Birdən: “İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim.

Sən də: “ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” (Zumər, 36) dedin.

Dedim: SƏN ki məni bu qədər çox sevirsən və mənə qarşı bu qədər həlimsən mən nə edə bilərəm?

Dedin: Ey iman gətirənlər! ALLAHI çox zikr edin! Onu səhər-axşam təqdis edib şəninə təriflər deyin! (Sübh, günorta, ikindi, axşam və gecə namazlarını qılın!). Sizi zülmətdən nura çıxartmaq üçün mələkləri ilə birlikdə sizə mərhəmət bəxş edən Odur. (Və ya: mələkləri də Ondan sizin bağışlanmağınızı dilərlər!). ALLAH möminlərə rəhm edəndir! (Əhzab, 41-43)

Öz-özümə dedim: ALLAHIM, SƏNİ çox sevirəm.

Əziz istifadəçilər sizin fikirlərinizi bilmək istəyərdim

 
Super Forum @Vuqar.tv instagramda » Ümumi bölmə » Din » Allahım Səni çox sevirəm (Allahım Səni çox sevirəm)
  • Страница 1 из 1
  • 1
Поиск:

RSS

Поиск

Наш опрос


Darixirsanmi?
Butun Sesler: 3

Мини-чат

 
300

Друзья сайта

Статистика